28 may 2023 13:31
462

Prezident Laçında Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, balıqların çaya buraxılması mərasimində iştirak edib

Prezident İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.