28 may 2023 19:09
509

Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Sailing Regatta-2023” yarışı başa çatıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Baku Sailing Regatta-2023” yarışı keçirilib.

“İki sahil”in məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun təşkilatçılığı ilə mayın 26-da start götürən yarışa bu gün yekun vurulub.

“Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan turnirə xarici yelkənçilər də qatılıblar.

Yarışın qalibləri mükafatlandırılıblar.