28 may 2023 19:25
314

Türkiyədə prezident seçkilərində seçki qutularının 42,78 faizi açılıb, Ərdoğan öndədir

Türkiyə prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanır.

“İki sahil” xəbər verir ki,  bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

Qeyd olunub ki, seçki qutularının 42.78%-i açılıb. Məlumata əsasən “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 57, 09% (11.499.994), “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 42,91%-nin (8.642.542 ) səsini qazanıb.