11 may 2025 17:17
146

Londonun Stansted hava limanında İT-nin nasazlığı problem yaradıb

Londonun Stansted hava limanında baş verən İT nasazlığı minlərlə sərnişinin yola düşməsinə mane olub.

“İki sahil” “Independent”ə istinadla xəbər verir ki, təxminən 10 min sərnişin reyslərini qaçırıb, çox sayda insan saatlarla təhlükəsizlik və baqaj yoxlamasında növbələrdə qalıb. Hadisə bazar günü səhər saatlarında baş verib. Yerli vaxtla saat 02:30-da problem aşkarlanıb və bunun nəticəsində təhlükəsizlik zolaqları və baqaj sistemləri demək olar ki, işləməyib. İlk reyslər saat 06:00-a yaxın baş tutmalı olsa da, limanda artıq saatlarla növbələr yaranıb.

“Jet2” və “TUI” kimi hava yolları sərnişinlərə görə reysləri 3-4 saat gecikdirsə də, “Ryanair” uçuşlarını vaxtında həyata keçirməyə çalışıb. Hazırda hava limanında vəziyyətin normallaşması üzərində iş aparılır.