28 may 2023 20:20
244

Türkiyədə seçki qutularının 91 faizi açılıb

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

“İki sahil” xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.