28 may 2023 20:53
376

Hazırda Rəcəb Tayyib Ərdoğan 54,47 faiz toplayıb - Türkiyənin Ali Seçki Şurası

Hazırda Rəcəb Tayyib Ərdoğan 54,47 faiz, Kamal Kılçdaroğlu 45,53 faiz səs toplayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.

Qeyd edək ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib. Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.