28 may 2023 21:09
244

Ömər Çelik: Bu, demokratiya bayramıdır

“Bu, demokratiya bayramıdır. Qalib bütün Türkiyə olacaq”.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyənin hakim partiyasının (AK Parti) sözçüsü Ömər Çelik tviterdə yazıb. “Heç bir vətəndaş inciməsin, küsməsin. Vətəndaşlarımızın heç biri itirməyəcək. Gəlin seçkinin nəticələrini demokratiyamızı gücləndirdiyinə görə bir-birimizi təbrik edək ”, - tvitdə qeyd olunub.