28 may 2023 22:18
511

Azərbaycanda Ərdoğanın qələbəsi təntənəli şəkildə qeyd olunur

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycanın müxtəlif şəhərlərində, Bakıda, Gəncə şəhərində təntənəli şəkildə qeyd olunur.

“İki sahil” xəbər verir ki,  Ərdoğanın qələbəsi coşqu ilə qarşılanıb.

Çox sayda sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi meydanında toplaşaraq bu qələbəni bayram kimi qeyd edirlər.