Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.
“İki sahil” xəbər verir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırıb. Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb.
Türkiyə mediası Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.
Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib
Vüqar Rəhimzadə: Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyətə malik geosiyasi məkan formalaşdırır
İlham Əliyev: Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB