29 may 2023 02:15
354

Zelenski Ərdoğanı təbrik edib

Bazar günü, mayın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib, həmçinin dövlətlər arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Zelenski Tvitterdə bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edirəm”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi iki dövlət arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, Avropanın təhlükəsizliyi və sabitliyinin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinə ümid edir.