29 may 2023 08:59
243

Benzemaya illik 100 milyon avro maaş təklif edilib

“Real Madrid” futbol klubunun fransız hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Revelo” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanının yüksək divizionunda çıxış edən klublardan biri Benzemaya illik 100 milyon avro maaşla iki illik müqavilə təklif edib. Fransız bu variantı nəzərdən keçirir.

Eyni zamanda, “AS” nəşrinin məlumatına görə, “Real Madrid” fransalı hücumçu Kərim Benzema ilə müqaviləni uzadıb. Klub rəhbərliyi müqavilənin daha bir mövsüm uzadılması variantını aktivləşdirmək qərarına gəlib.

Belə ki, komandada “Qızıl top”u qazanan futbolçu ilə avtomatik olaraq yeni müqavilə imzalamaq qaydası var. Bu, aprelin 19-da məlum olub.

Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Hücumçunun klubla hazırkı müqaviləsi, əgər yenidən imzalanmayıbsa, 2023-cü il iyunun 30-da başa çatacaq.