29 may 2023 11:42
283

İşğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturu yaradılacaq

Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman kompleksləri fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edən zaman bildirib.

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.