29 may 2023 13:13
471

"Borussiya" 5 futbolçu ilə ayrılığı açıqladı

Dortmund "Borussiya"sı müqaviləsi mövsümün sonunda başa çatan 5 futbolçu ilə ayrıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, müdafiəçilər Rafael Qerreyro və Feliks Passlak, yarımmüdafiəçi Mahmud Daud, hücumçu Antoni Modest və qapıçı Luka Unbehaun komandanı tərk ediblər. Yarımmüdafiəçi Marko Roys futbolçularla ayrılarkən onlara vida hədiyyələri təqdim edib.

Bütün oyunçular azad agent olacaqlar. Yeni Passlakın "Bohum"a keçəcəyi məlumdur.