29 may 2023 13:27
420

Lənkəranda dəniz kənarında mina tapılıb

Lənkəranda dəniz kənarında mina tapılıb.

“İki sahil” xəbər verir ki, mina sakinlərin istifadə etdiyi çimərlik ərazisində aşkarlanıb. Dərhal aidiyyəti orqanlar məlumatlandırılıb və əraziyə cəlb olunublar.

Çimərlikdən istifadə edən sakinlər ərazidən uzaqlaşdırılıb. Görülən tədbirlərdən sonra mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə hərbi hissə olub. Yerli sakinlər bu tip hadisə ilə tez-tez qarşılaşırlar.