30 may 2023 08:14
460

Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov Los-Anceles Milli Qəbiristanlığında həlak olmuş hərbçilərin şərəfinə təşkil edilən müharibə qurbanlarının anım mərasimində iştirak edib.

“İki sahil” xəbər verir ki, baş konsul bu barədə tviterdəki hesabında bildirib. Mərasimdə Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğu adından əklillər qoyulub. “Öz Vətənində sülh uğrunda canından keçən hər kəsə ehtiramla”, - baş konsul qeyd edib.