30 may 2023 11:14
306

Komitə sədri Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

“İki sahil”in məlumatına görə, M.Quliyev dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılmasını istəyib.

O qeyd edib ki, əgər razılıq olsa mövcud qanunvericiliyə dəyişiklik layihəsi hazırlanaraq payız sessiyasında müzakirəyə təqdim edə bilərik.