30 may 2023 17:21
314

Belçika Kralı Prezident İlham Əliyevi təbrik edib

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və əmin-amanlıq arzulayıram".