31 may 2023 00:47
437

“WhatsApp”dan daha bir YENİLİK

"WhatsApp" tərtibatçıları videozəng zamanı istifadəçilərə ekranlarını paylaşmağa imkan verən yeni funksiya tətbiq edəcəklər.

“İki sahil” xəbər verir ki, qeyd olunur ki, funksiya "Google Play" tətbiqlər mağazasından "Android 2.23.11.19" üçün "WhatsApp"ın ən son beta versiyasını quraşdıran bəzi şəxslər üçün əlçatandır.

Zəngin idarəetmə panelində yerləşən yeni işarəyə klikləsəniz, ekranı paylaşa biləcəksiniz. Ekranınızı paylaşmaq qərarına gəldikdə, ekranınızda göstərilən hər şey yazılacaq və qarşı tərəfə ötürüləcək.

Mütəxəssislər qeyd edirlər ki, bu seçim "Android"in köhnə versiyalarında, böyük qrup zənglərində olmaya bilər. Mütəxəssislərin fikrincə, alıcı "WhatsApp"ın köhnəlmiş versiyasından istifadə edərsə, onun cihazı həmsöhbətin ekranının məzmununu qəbul etməyə bilər.

Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.