ABŞ Avropaya enerji resurslarının tədarükünün daha da artırılmasında Azərbaycana dəstək verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu bu gün ABŞ Dövlət Katibinin Enerji Resursları Dövlət Bürosu üzrə köməkçisi Ceffri Payett Bakı Enerji Həftəsinin açılış mərasimində deyib.
“ABŞ və Azərbaycan 30 ildən artıqdır ki, uğurla əməkdaşlıq edir.", - o bildirib.