31 may 2023 14:46
558

İsti havalarda sağlamlığı necə qoruyaq?

Artıq havalar yetərincə istiləşib. Yay vaxtından öncə qapımızı kəsdirdi.

“İki sahil” xəbər verir ki, havaların isti keçməsi bütün yaş qruplarından olan əhalinin sağlamlığına mənfi təsir göstərir. Xüsusilə ürək-damar sisteminin xroniki xəstəlikləri olan insanlar, yaşlılar və uşaqlar çox təsirlənir.

37-dərəcəni keçən istilikdə küçəyə çıxmağınızı məhdudlaşdırın, fiziki fəaliyyəti minimuma endirin.

Otaqda olarkən ventilyasiyanı təmin etmək lazımdır - pəncərələri bir az açın, mümkünsə stol ustü ventilyatordan istifadə edin

Küçəyə çıxarkən açıq rəngli təbii parçalardan hazırlanmış yüngül pambıq və ya kətan paltar geyinmək tövsiyə olunur, küçədə isə mütləq papaq, günəş eynəyi və çətirdən istifadə edin.

İsti havalarda enerjiyə ehtiyac azalır və bu səbəbdən yayda orqanizmin kalorili qidalara daha az ehtiyacı olur. İsti vaxtda yağlı qidalardan imtina etmək, hisə verilmiş, qızardılmış və tez xarab olan qidaların miqdarını azaltmaq lazımdır.

Bədənin susuzlaşmasının qarşısını almaq üçün çox miqdarda maye qəbul etmək tövsiyə olunur: çay, mineral su, meyvə içkisi, az yağlı fermentləşdirilmiş südlü içkilər, quru meyvə həlimləri, zənginləşdirilmiş içkilər. Qazlı içkilərdən, şəkərli mayelərdən, enerji və spirtli içkilərdən uzaq durun.

İçmə rejiminə riayət etmək üçün gündə 1,5 litrə qədər maye içmək lazımdır. Eyni zamanda xatırlamaq lazımdır ki, böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlar su qəbulunun miqdarını artırmamalıdır.

Gün ərzində mümkünsə 3 dəfə sərin duş qəbul etmək tövsiyyə olunur.

Şəxsi və ictimai nəqliyyatla səyahət məhdudlaşdırılmalı. yaxud səhər və ya axşam istilər azaldıqda planlaşdırılmalıdır.