31 may 2023 22:25
239

Belqorodun bu şəhərini bombalamaq lazımdır - Rusiyalı deputat

Belqorod vilayətinin Şebekino şəhərini bombalamaq lazımdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev bildirib.

Şebekinodakı "gəlmələr"dən danışan deputat bununla köklü şəkildə mübarizə aparmaq lazım olduğunu deyib: "Boğmaq və nöqtəyə vurmaq lazımdır. Xüsusilə, Şebekinoya gəldikdə, düşünürəm ki, aviasiya bunu bombalarla həll edəcək".