02 iyun 2023 02:34
486

Müəmmalarla dolu arxeoloji tapıntılar

Bəzən tapıntılar öz qeyri-adiliyi ilə alimlər arasında uzun illər mübahisələr yaradır. Bu yazıda məhz bu cür müəmmalı tapıntılardan  bəhs edilir.

Oliver Kromvellin kəllə sümüyü haradadır?

Oliver Kromvell 1600-cü ildə İngiltərədə monarxiya quruluşunu təkbaşına sona çatdıran əhəmiyyətli isimlərdən  biridir. Oliverin ölümündən sonra monarxiya quruluşu təkrar qurulmuşdur. Kral II Çarlzın əmri ilə Kromvellin cəsədini  məzarı qazılaraq  təkrar öldürülməsi əmri verilmişdir. Cəsədini 12 saat ipdə asılı tutan Kral Çarlz Kromvelin başını kəsdirmişdi. Daha sonra Kromvellin kəlləsi muzey tərəfindən alındı və bir kolleksiyaçıya satıldı. Kəllənin son sahibi 1957-ci ildə vəfat etdi və oğlu kəlləni saxlamaq istəmədi. Kəlləni basdırmaq üçün 3 il yer axtaran ailə sonunda bunu reallaşdıra bildi. Deyilənlərə görə, bu kəllənin yerini  Cambridge Universitetinin iki  professorları bilir.  Çox maraqlıdır ki, məzarın üstündə heç bir işarə yoxdur.

Kavriliya üzüyü

2001-ci ildə arxeoloqlar 2-ci əsrin əvvəllərinə aid iki mərmər qəbrin yerləşdiyi  ailə türbəsini aşkar etmişdilər. Araşdırma nəticəsində məlum olur ki,  həmin qəbirlər 18 yaşlı Roma gənci Titus Carvilius Gemellius və anası  Ebutia Quarta aiddir. Qəbirlərdən çıxan ən təəccüblü tapıntı oğlanın anasına məxsus holoqrafik portretli qızıl üzük olub. Kavriliya üzüyü adlanan bu üzüyün çox maraqlı bir tarixçəsi olub.  Arxeoloqlar gəncin əvvəlcə öldüyünü aşkar etdilər (bunu qəbirdə olan yazılar sübut edir). Görünür, onun ölümündən sonra anası oğlunun həmişə yanında olması üçün özünə belə qeyri-adi üzük sifariş etmək qərarına gəlib.

Qraf Drakulanın məzarı

Ən məşhur vampir kimi tanınan, Brem Stokerin personajı  olan qraf Drakulanın varlığı hələ də bir sirr olaraq qalır. Həqiqi Drakula indiki Rumıniya ərazisi olan Valaxiyanın knyazı olub. Türklərin qatı düşməni olan qraf  öz ölkəsində vətənpərvər qəhrəman və amansız cəllad kimi tanınır. 100 mindən çox insanın ölümünə fərman verən qraf Drakula 1476-cı ildə türklərlə Buxarest yaxınlığında döyüşdə öldürülüb. Türklər onun başını kəsərək Sultan ikinci Mehmetə göndəriblər. Drakulanın bədəninin digər hissələrinin harada dəfn edilməsi müəmmalıdır. Deyilənlərə görə, o Snaqov monastırında dəfn edilib. Lakin orada aparılan arxeoloji tədqiqatlar qəbrin monastırda olmadığını sübut edib.

Yadplanetlilərə məxsus üç barmaqlı əl?

2017-ci ildə Peruda  arxeoloqlar üç uzun barmağı olan qəribə əl tapmışdılar. Laborator analizi zamanı alimlər rentgen aparatının köməkliyi ilə tapılan skeletin insan əlindən çox fərqləndiyini aşkarlayıblar. Onun ovcunda bir neçə sınıq görülüb. Falanqalardan birində isə mənşəyi bilinməyən metal tapılıb. Bütün bunlar alimlərin çaşqınlığına səbəb olub. Bəzi fərziyyələrə  görə, bu müəmmalı əlin yadplanetlilərə aid olduğu söylənilir. Lakin hələ də bu tapıntı açılmayan  bir sirr olaraq qalır.

Aralıq dənizində nadir tapıntılar

2020-ci ildə Britaniya tədqiqatçıları ilk dəfə olaraq e.ə. III əsrdən eramızın XIX əsrinədək böyük bir dövr ərzində batmış gəmilərin qalıqlarını aşkar ediblər. Həmin  gəmilər Roma, erkən İslam və Osmanlı dövrlərinə aiddir.

Arxeoloqları gəmilərin anbarlarında aşkarlanan əşyalar olduqca təəccübləndirib. “Enigma Shipwrecks Project” layihəsinin iştirakçısı Şon Kinqslinin sözlərinə görə, bu, Aralıq dənizində aşkarlanan ən nadir tapıntılardan biridir. Ekspertlərin fikrincə, tapıntıların tədqiqi bütün tarixi yenidən yazmağa vadar edə bilər.

Batmış gəmilərdən biri XVII əsrin Osmanlılara aid ticarət gəmisidir. Onun apardığı yük 14 müxtəlif mədəniyyətə aid yüzlərlə artefaktdan ibarətdir. Tədqiqatçılar hesab edirlər ki, Misirdən İstanbula və əksinə hərəkət edən gəmi təxminən 1630-cu ildə batıb. Bu gəminin yükü dünyada baş verən qloballaşma prosesinin başlanğıcı haqqında xəbər verir.

Gəmidə çoxlu sayda çini qablar (Çunçjen dövrünə aid 360 ədəd bəzəkli fincan, nəlbəki və şüşə qab) aşkarlanıb. Ehtimal olunur ki, bu dəst Şərqdə kofe içmək üçün istifadə olunub. 

Tapıntıları araşdıran tədqiqatçılar bildiriblər ki, Avropa mədəniyyət anlayışının burada yarandığını düşünür. Lakin kofe fincanlarının qalıqları və tütün sübut edir ki, Şərq mədəniyyətdən uzaq bir məkan olmayıb. Əksinə, ilk London qəhvəxanası 1652-ci ildə açılıb, bu isə tapıntılardan yüz il sonraya təsadüf edir.

Heydərpaşa vağzalında aşkar olunan  müəmmalı məzar

2018-ci ildən  Türkiyənin İstanbul Heydərpaşa vağzalı ətrafındakı arxeoloji qazıntılarda 2000 illik məzarda bütövlüyü xarab olmayan, 1000 yaşında olduğu hesab edilən və üzərində qoxu boyunbağısı olan bir skelet tapılıb.

Qazıntılarla birlikdə Bizans dövrünə aid bir çeşmə də aşkarlanıb. Məlumata görə, qazıntı sahəsində yerləşən su kanalları bu bulağa bağlanır. İstanbulun axar vəziyyətdə olan, tək Bizans bulağı olduğu bildirilən bulağının suyunun içməli olduğu müəyyənləşdirilib. Arxeoloqlar suyun təmiz qalmasını ovaxtkı mükəmməl memarlıq işləri ilə əlaqələndirib.

Qazıntı sahəsində davam edən işlərdə indiyə qədər təxminən 2 min sikkə tapılıb. Qızıl və gümüş sikkələr diqqətlə öyrənilir. Bəzi sikkələr olduqca təmizdir, üzərindəki yazılardan harada basıldığı və dövrünə aid məlumatlar var. Tapılan sikkələrdən bəziləri 610- 641-ci illərə -  III Konstantinos və 527- 565-ci illərə - I Yustinianusa (Justinianus) aiddir. Ərazidə qazıntı işləri hələ də davam edir.

Samirə Tağıyeva, “İki sahil”