03 iyun 2023 02:35
748

Evli kişilərin kökəlmə səbəbi

İlk uşaq dünyaya gələndən sonra kişilər təqribən 2 kilo kökəlirlər. Uzun  illər  bu kökəlməni öyrənməklə məşğul  olan mütəxəssislər  axır ki, bunun səbəbini öyrəniblər.  Ən əsası ata olan kişilərin çiynindəki məsuliyyət artır, bütün problemlərini  özü həll etdiyi  üçün idmana getməyə  vaxt tapa bilmir. İkinci səbəb isə uşaq olan evə dondurma, qurabiyə kimi qidaların daha çox girdiyi və adətdən kişilərin uşaqların yeməyindən  də yeməkdir.

Kakaonun effektli təsiri

İdmançılar fiziki  gərginlikdən sonra əzələlərin bərpasından ötrü bir sıra  içkilərdən istifadə edirlər. Bütün bu içkilərin ən effektli təsirə malik olduğu  soyuq kakaondur. Onun bərpa etmə gücü  başqa içkilərdən daha üstündür.  Bu da əsasən  kakaonun tərkibindəki karbohidratlarla zülalların  düzgün ahəngi ilə bağlıdır. Həmçinin  az yağlı  kakao əzələləri gərginliyə hazırlamaqla bərabər, orqanizmi tərləmə zamani itirdiyi  elektrolitlərlə, maqneziumla, kaliumla, kalsiumla təmin edir.

Həm də kakaon ürək-damar xəstəliyinə qarşı faydalıdır. O, qan damarlarının divarlarında xolesterin pilərini əridir.

Gündə iki-üç iydə yeyəndə...

İydənin tərkibində olan maddələr sakitləşdirici  təsirə malikdir, nəticədə   sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, adamın əhval-ruhiyyəsini qaldırır. Bu şəfa verici meyvənin dəmləməsi  nəfəs yollarını təmizləməklə onun rahatlığına yol açır. İydə yarpağından, qabığından hazırlanmış dəmləmə bir sıra xəstəliyə dərmandır. Onu da bildirək ki, iydəni təzə halda yemək, həm  də  ondan mürəbbə, cem,  kompot hazırlamaq olar. Bəzi ölkələrdə isə bu meyvəni qurudub un  hazırlayır və undan müxtəlif  şirniyyatlar bişirirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü