03 iyun 2023 03:22
580

Dondurma faydalıdırmı?

Dondurmada faydalı bir şey varmı? Həkimlər bu sualı “Rossiya 1” kanalında yayımlanan “Ən vacibi haqqında” verilişində cavablandırıblar.

Onların qənaətinə görə, təbii dondurma yalnız çox yüksək kalorili olduğu üçün zərərli ola bilər. Həkimlər qeyd ediblər ki, qaymaqlı dondurmanın 100 qramında kalori miqdarı 200-250 kilokalori təşkil edir.

100 qram dondurma gündəlik kalsium ehtiyacının 16 %-ni təşkil edir. Yəni, məlum olur ki, insan iki stəkan dadlı desert yeyə və gündəlik kalsiumun az qala yarısını ala bilər.

"Bu, sümüklər üçün faydalıdır, kalsium bədən tərəfindən sorulur və lazım olan yerə - sümüklərə gedir", -deyə mütəxəssislər bildiriblər.

Proqram çərçivəsində tamaşaçılar arasında onların fikrincə, hansı dondurmanın ən faydalı olması ilə bağlı sorğu keçirilib: inulin, protein və ya qaymaq. Televiziya tamaşaçıları zülal tərkibli dondurmanı ən sağlam hesab etdilər.

Proteinli dondurma zülal əlavə edilməklə hazırlanır, lakin süd deyil, tərəvəzlədir. Belə bir desert süd zülalına qarşı allergiyası olanlar tərəfindən rahat istehlak edilə bilər. Həkimlər onu da vurğulayıblar ki, şirniyyat almazdan əvvəl onların tərkibinə baxmaq və kalori miqdarını unutmamaq lazımdır.

İnulin dondurması diabet xəstələri üçün uyğundur və inanılmaz faydası var.

"Eyni zamanda, inulin prebiotikdir. Yəni bu, sadəcə bağırsaq mikroflorasına hədiyyədir", - deyə proqramın qonağı fikirlərini yekunlaşdırıb.

Həkimlər meyvəli dondurmadan istifadə etməməyi məsləhət görüblər. Çünki əksər hallarda onun tərkibində praktiki olaraq heç bir meyvə yoxdur.

Nubar Süleymanova, “İki sahil”