03 iyun 2023 00:25
582

Bu faktlar hər birinizi heyrətləndirəcək...

Uşaqlarda böyüklərdən təxminən 70 daha çox sümük var. Məhz  bu onların skeletini daha çevik edir.  Lakin  yaşa dolduqca bu sümüklərin çoxu birləşir.  Qeyd edək ki, yetkin bir insanın skeleti orta hesabla 200-213 sümükdən ibarətdir.

Oksigenin 20%-i Amazon tropik meşələrindən gəlir.

Bəzi metallar o qədər reaktivdirlər ki, hətta su ilə təmasda olduqda belə partlayırlar. Məsələn,  kalium, natrium, litium, rubidium və sezium - artan kimyəvi aktivlik nümayiş etdirirlər. Buna görə də hava ilə təmasda olduqda ildırım sürəti ilə alov ala bilirlər və həmin an  suya salınsalar, hətta partlaya bilərlər.

Mədə şirəsi ən iti  bıçaqları belə əridə bilər.

Venera saat əqrəbi istiqamətində fırlanan yeganə planetdir.

Heç bilirdinizmi ki,  birə kosmos gəmisindən daha  sürətlidir. Birənin bir sıçrayışı  kosmik gəminin sürətindən 50 dəfə çoxdur.

Sən demə,  göy balinanın dilinin ağırlığı Afrikada yaşayan  bir filin ağırlığı ilə eynidir.

Dünyanın ən çox neft ehtiyatı olan ölkələr siyahısında ilk yeri Venesuela tutur.

Dünyanın ən sürətli internetinə sahib olan ölkə Tayvandır.

 Çox maraqlıdır ki, ürək-damar xəstəliklərindən ən az əziyyət çəkən insanlar həddindən artıq spirtli içkilərdən istifadə edənlərdir.

Əslində yanaqdaki batıqlar genetik qüsurdur. Əzələ sistemi düzgün inkişaf etmədiyi üçün yanaqda belə batıqlar əmələ gəlir.

Çin yer üzündə ən çox dindən uzaq olan ölkədir. Son illər ərzində Amerikanın “Gallup” İctimai Fikir İnstitutunun  keçirdiyi sorğu nəticəsində Çin sakinlərinin 90% -nin ateist və ya dinsiz olduqları açıqlandı.

Heç bilirdinizmi ki, caz  musiqisi XX əsrdə ABŞ-da zəncilər tərəfindən yaradılıb. Yeni Orlean  qaydaların  o qədər də sərt olmadığı yeganə yer idi.  Qullar bazar günləri  burada toplaşıb mahnı oxuya, rəqs edə və musiqi dinləyə bilərdilər.

Dünyada bir neçə dövlətlərin hava limanları yoxdur. Bunlar- Vatikan, San- Marino, Andora, Lixtenşteyn, Monako və Fələstindir.

 Planetimizdə ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Bu bitki  gün ərzində  90 santimetr uzanır.

İngiltərədə yerləşən “ Stonehenge” abidəsi Misir piramidalarından daha qədimdir.

Qədim zamanlardan bəri  çillər “şeytanın işarəsi” sayılırdı. Orta əsrlərdə çil, ziyil və xalları olan xanımların cadugər olduğuna inanılırdı. Buna görə də onlar tez-tez edam olunurdular.

İsveçdə universitet məzunları ənənəvi məzun papağının  yerinə,“studentmössa” adlandırılan qara və yuvarlaq papaqlar taxırlar. Bu  papağın rəngi isə öz növbəsində  tələbənin hansı ixtisas üzrə təhsil aldığına görə dəyişməkdədir.

Hindistanda mərmərin dünya ilə tanrılar dünyası arasında körpü rolunu oynayan sehrli bir daş olduğuna dair bir inanc var.  Məhz buna görə də bu ölkədə mərmərdən  ən çox müxtəlif heykəlciklər hazırlanır( daha çox tanrıların heykəlləri).

Dünyanın ən qədim çörək parçası   İsveçrənin Sürix şəhərində yerləşir. Muzeyin sahibi olan M. Verenin sözlərinə görə, burada nümayiş olunan çörəklərdən birinin 6000 yaşı var.  Başqa  belə qədim  nümunə Nyu -Yorkda yerləşən  Çörək muzeyində nümayiş olunur. Həmin çörək  parçasının isə  3400 il yaşı var.

 Sarışınların başlarında digərləri ilə müqayisədə daha çox tük olur. Orta hesabla sarı saçlı bir insanın başında  təxminən 140 min tük olur.  Qəhvəyi saçlılarda təxminən 110.000, qara saçlılarda 108.000, kürən  saçlılarda isə təxminən 90.000  olur.

2019-cu ildə ən qədim dəniz DNT-si Antarktida qitəsinin şimalında yerləşən Şotlandiya dənizinin məhlullarında aşkar edilib.

Belə ki, Almaniyanın Bonn Universiteti və Avstraliyanın Tasmaniya Universitetinin alimləri dəniz DNT- sinin 1 milyon illik olduğunu müəyyən ediblər. Bu qədim DNT nümunəsinin iqlim dəyişikliyinin gələcəkdə Antarktidaya necə təsir edəcəyini anlamaqda  faydalı olacağı düşünülür.

Çox  maraqlıdır  ki, Yuli Sezarın bıçaqlanaraq öldürüldüyü yer indi pişiklər üçün ziyarətgahdır.

Milan 14-cü əsrdə vəbadan əziyyət çəkməyən azsaylı Avropa şəhərlərindən biri idi (Qara ölüm 1346-1353-cü illərdə pik həddində idi).

Səudiyyə Ərəbistanının ikinci kralı Suud Bin Əbdüləzizin nə az, nə çox  57 qızı və 53 oğlu olub. Qeyd edək ki, bu ölkədə ilk universiteti açan insan da məhz odur.

Sizi təəccübləndirək digər faktlardan biri də odur ki, Yaponiyada  orta məktəb təhsili məcburi deyil.   Burada təhsil haqqı isə çox yüksəkdir. Yaponiyada özəl məktəblərdə  təhsil haqqı təxminən  40 000 dollardır. Uniformalar və məcburi ortopedik çantalar  bu məbləğə daxil deyil.

Florida qanunlarına görə, seksual canilər uşaqların olduğu əraziyə 300 metrdən artıq yaxınlaşa bilməzlər. Bu siyahıya məktəb, park və hətta avtobus dayanacaqları da daxildir. Məhz buna görə psixoloji problemləri olan və türmədən çıxan seksual canilər üçün sığınacaq tapmaq çox çətin olduğuna görə onlar üçün 2009-cu ildə xüsusi bir kənd tikilib. Florida ştatında yerləşən Mirekl-Villec adlı kəndin sakinlərinin hamısı seksual canilərdir.

Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. Hum - 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Şəhər XI əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur. Bu şəhər “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir.

Bunu bilirdinizmi ki, kompüter sənayesinin dahisi və “Apple” şirkətinin rəhbəri Stiv Cobs da təhsilini bitirməyib? “Apple”in gələcək yaradıcısı 1972-cu ildə Amerikanın ən bahalı özəl məktəblərinin birinə - “Rid-kollec”ə  daxil olsa da,  dərsə getmək əvəzinə vaxtının çoxunu şərq terapiyalarına  ( yoqa ilə məşğul olub) və öz kompüter şirkətini yaratması barədə xəyallarına həsr edib. 4 il sonra bu dahi şəxsiyyət nəinki öz arzularını reallığa çevirib, həm də bəşəriyyəti yeni texnoloji cihazlarla təəccübləndirməyə nail olub. Artıq  2011-ci ildə xərçəngdən dünyasını dəyişən Stivin sərvəti 10.2 milyard dollar təşkil edib.

Samirə Tağıyeva, “İki sahil”