03 iyun 2023 12:02
297

Nazir: Qarabağ və Şərqi Zəngəzurla Naxçıvanın vəhdətdə "yaşıl enerji" mərkəzi kimi inkişafı strateji əhəmiyyətə malikdir

“Cəbrayıl” enerji qovşağının yaradılması da imkan verir ki, elektrik enerjisi Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülsün. Beləliklə Naxçıvan "yaşıl enerji"nin istehsalı və istehlakı ilə bərabər ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək.

“İki sahil” xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.

"Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurla Naxçıvanın vəhdətdə "yaşıl enerji" mərkəzi kimi inkişafı strateji əhəmiyyətə malikdir. Bu, tarixi torpaqlarımızın yaşıl enerji ilə inteqrasiyasına və birlikdə qüdrətlənməsinə xidmət edir. Bu məqsədə doğru aparan yolun əsas bələdçisi isə həmişə olduğu kimi yenə də ölkə prezidentinin aydın baxışı və qətiyyətli addımlarıdır. “Yaşıl” enerji təşəbbüslərimizdə bizə dəstək olan, bizimlə birgə addımlayan bütün tərəfdaşlarımıza təşəkkür edirəm. İnanıram ki, qarşıdakı “Enerji Həftəsi” tədbirlərində Şərqi Zəngəzurun və Naxçıvanın, ümumilikdə Azərbaycanın yaşıl enerji sahəsindəki nailiyyətlərinin şahidi olacağıq", - deyə o qeyd edib.