03 iyun 2023 12:30
390

Nazir: Naxçıvanda 1500 meqavat Günəş və külək enerjisi əldə etmək mümkündür

Naxçıvanda istifadə olunan enerjinin üçdə biri alternativ enerji mənbələrindən əldə olunur və bunu daha da inkişaf etdirmək lazımdır.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Naxçıvanda keçirilən “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda sessiyada deyib. “Hesablamalara əsasən Naxçıvanda 1500 meqavat Günəş və külək enerjisi əldə etmək mümkündür. Bunun üçün xarici tərəfdaşlarla danışıqlar aparılır və Naxçıvana sərmayə yatırılacaq. İstehsal olunacaq 1500 meqavat enerjinin 1000 meqavatını Türkiyə və Avropaya ixrac etmək olar, qalan enerjini isə daxili tələbatın ödənilməsinə yönəldilər. Bu, Azərbaycanın strateji planıdır və onun reallaşması üçün əməli işlər həyata keçirilir”, - deyə nazir qeyd edib.