03 iyun 2023 17:52
311

Peter Siyarto: Macarıstan 2023-cü ilin sonuna kimi Azərbaycandan 100 milyon kubmetr təbii qaz alacaq

Macarıstanın enerji təhlükəsizliyi bu gün Azərbaycandan gələn qaz sayəsində daha da möhkəmlənib.

"İki sahili"in verdiyi məlumata görə, bu barədə Macarıstanın Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto "Facebook" səhifəsində bildirib. "Macarıstanın MVM CEEnergy şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Macarıstan 2023-cü ilin sonuna kimi Azərbaycandan 100 milyon kubmetr təbii qaz alacaq. Bu, Macarıstana təbii qaz tədarükünün şaxələndirilməsində növbəti mərhələdir", - nazir bildirib.

O qeyd edib ki, Macarıstanın enerji təhlükəsizliyi daha da artıb, çünki diversifikasiyanın məqsədi təhlükəsiz təchizatı təmin etmək üçün mümkün qədər çox yeni mənbələr cəlb etməkdir.

Qeyd edək ki, iyunun 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.