04 iyun 2023 10:02
376

17 ildir ağlamadığını açıqladı

Müğənni-aktyor Cared Leto Britaniyanın "Co Wylie" şousunda qonaq olub.

“İki sahil” xəbər verir ki, müsahibə əsnasında ifaçı ilə bağlı maraqlı fakt ortaya çıxıb.

O, "Hansı mahnılar sizi göz yaşlarına boğur?" sualına 17 ilə yaxındır ağlamadığını deyərək cavab verib.

“Axırıncı dəfə ayağımın baş barmağını incidəndə ağlamışam. Ümumiyyətlə, mən kərtənkələ kimiyəm. Bəlkə də göz yaşı vəzilərim düzgün işləmir. Ya da "Bir röya üçün ağı" (red. aktyorun baş rolunu ifa etdiyi film) çəkilişləri zamanı bütün göz yaşlarımı istifadə etmişəm. O vaxt çox ağladım" deyə, Cared əlavə edib.