Argentinanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda xeyriyyə tədbirinə qatılıblar. Tədbirdə Argentina mədəniyyəti, mətbəxi təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. “Bu cümə BSB-də (“British School in Baku”) "İnternational Baazar" adı altında keçirilən xeyriyyə tədbirində iştirak etdik. Aztəminatlı qadınlara yardım məqsədi daşıyan tədbirdə biz də ölkəmizi təmsil edərək tariximizi, coğrafiyamızı, mədəniyyətimizi əks etdirən kitabları, suvenirləri sərgiləməklə yanaşı milli mətbəximizə aid təamları da iştirakçılara təqdim etdik”, - səfirlikdən bildirilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?