Biz Ağdamda Qarabağ müharibəsinin nəticələrini gözlərimizlə gördük. Buradakı vəziyyət bizi çox heyrətləndirdi. Mənim üçün bunları görmək dəhşətlidir.
“İki sahil” xəbər verir ki, bunu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmiş AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Liz Kristofersen deyib. “Şəhəri tamamilə dağıntılar içində görmək, məzarlıqda məzarların boş olduğunu, insanların geri qayıdaraq öz gənc qohumlarının xatirəsini yad etdiyini görmək çox təsiredicidir. Bütün bunları gördükdə müharibənin həll yolu olmadığını açıq-aydın görürsən. Ümid edirəm ki, şəhər yenidən bərpa olunacaq və burada yaşayan insanlar geri dönəcəklər. Burada aparılan tikinti və quruculuq işləri gələcəkdə Ağdama köçərək insanların yaxşı yaşamaları üçündür”, – deyə AŞPA-nın həmməruzəçisi bildirib.
Dublində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib