05 iyun 2023 15:14
377

Ermənistan XİN Mirzoyan-Ceyhun Bayramov danışıqları barədə açıqlama yayıb

Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.

“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi vurğulayıb.