Son dövrdə aparılan araşdırmalar nəticəsində balıq yağının yeni faydası üzə çıxıb.
“Ölkə.Az” xəbər verir ki, balıq yağı sinir sisteminin pozulmasına səbəb olan depressiya kimi vəziyyətlərin azalmasında önəmli təsirə malikdir.
Balıq yağının tərkibində olan EPA və DHA yağ turşuları ürək, göz və beyin sağlamlığına müsbət təsir edir. Bundan başa Omega-3 də insan orqanizminə çox faydalıdır. Balıq yağı eyni zamanda ana bətnində olan körpənin inkişafı üçün də çox faydalıdır.
Balıq, fındıq, qoz kimi qidaları qəbul etməyən insanların orqanizmi sağlam ola bilməz. Dənizdən tutulan balıqların yağları “trigliserid” formasındadır. Bir də etil ester formasında olan yağlar var. Bunlar isə kimyəvi tərkibi olan yağlardır. Buna görə də balıq alanda tərkibində “trigliserid” formasında yağ olan balıqlara üstünlük vermək lazımdır.
Omega-3 tərkibində olan yağ turşuları beyinin inkişafı və funksiyalarında təsirli rola malikdir. Bundan başqa immun sistemini gücləndirir, ürək-damar xəstəliklərinin qarşısını alır və sinir sisteminin funksiyalarına da müsbət təsir edir.
İlıq dənizlərdə olan balıqların tərkibində kifayət qədər Omega-3 yoxdur. Dərin su balıqlarının tərkibində isə Omeg-3ün miqdarı yüksəkdir.
Sardina, kilkə, somon, tuna balığı kimi balıqların tərkibində Omega-3ün miqdarı yüksəkdir.
Dünya Səhiyyə Təşkilatı isə gün ərzində ən az 300-500 mg Omega-3 yağının qəbul edilməsinin vacibliyini vurğulayıb.