Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı "Şəhərsalma və memarlıq ili" çərçivəsində 28 May Dövlət Müstəqilliyi Günü münasibətilə Heydər Əliyev adına Park - bulvarda tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə iştirakçılar müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra iştirakçılar qədim Bərdənin tarixiliyini və müasirliyini özündə yaşadan rayon Tarix- diyarşünaslıq muzeyində, "Nüşabə parkı"ında olub, VII əsrə aid körpüdə olublar.
Tədbirin əsas hissəsi Heydər Əliyev adına Park - bulvarda açıq havada keçirilib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz və torpaqlarımız uğrunda canlarından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri giriş nitqi ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya 28 May Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bugün hüquqi və siyasi varisi olaraq müasir müstəqil Azərbaycan dövləti öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunan böyük Zəfər və antiterror tədbirlərində qazanılan Qələbələr torpaqlarımızın işğaldan azad edilməsi ilə suverenliyimizi möhkəmləndirib.
Tədbirdə çıxış edən şəhid anası Əzizə Ədilova, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Qarabağ müharibəsi qaziləri Elbrus Rüstəmov, Elçin Mustafayev, Qarabağ RGİİ Bərdə sektorunun rəhbəri Aydın Qasımov, QRTİ Bərdə sektorunun müdiri Nicat İsmayılov, Bərdə Dövlət idarəetmə və texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov, 3saylı tam orta ümumtəhsil məktəbinin direktoru Elgün Qocamanov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki yerindən, rolundan danışıblar. Bildiriblər ki, əsrin əvvəllərində yenicə qurulmuş Azərbaycan dövlətini dağılmağa sürükləyən oxşar, bənzər amillər əsrin sonunda da Azərbaycanı məhvə aparırdı. Yalnız Ulu öndər Heydər Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti və aydın ideya və. strategiyaları dövlətçiliyimizi qorudu və möhkəmləndirdi.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynovanı ad günü, şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Kənan Mehdizadəni və Qarağacı kənd tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Nail Muradovu Respublika üzrə fənn olimpiadasında Qızıl medal qazanmalari münasibətilə təbrik edib, onları hədiyyələrlə mükafatlandırıb.
Tədbir Yeni Azərbaycan Partiyasınin Himninin səsləndirilməsi ilə başa çatıb.