Naxçıvanda Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaq.
“İki sahil”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Bununla bağlı icraçı qurum kimi Azərbaycan Respublikası Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti müəyyənləşib.
2023–2027-ci illəri əhatə edəcək müddət ərzində ilkin mərhələdə müvafiq sahədə təkliflər hazırlanacaq, daha sonra isə müasir gənclər məkanı yaradılacaq.
Beləliklə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların ideoloji hazırlığı, şəxsi inkişafı istiqamətində fəaliyyət təşkil olunacaq.
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident