Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən müvafiq orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən 3 iş günü müddətində həmin orqanlar tərəfindən araşdırma aparılacaq.
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident
Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü