Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“İki sahil” xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
İşsizlikdən sığorta fondunun (İSF) dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub.
Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən sığorta fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək.
İSF-nin büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi Dövlət Məşğulluq Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların olması nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək