“Balansın saxlanılması vacibdir, amma bizim prioritetlərimiz var”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, maliyyə ehtiyatlarının qorunub saxlanması da Azərbaycan üçün prioritetdir: “Bizim prioritetlərimiz Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ı təmin etmək, müdafiə qabiliyyətimizi gücləndirməkdir. Ondan sonra digər zəruri ehtiyacların təmin edilməsi üçün maliyyə imkanları çərçivəsində maliyyə vəsaiti ayrılır. Dövlətin təhlükəsizliyinin və iqtisadi təhlükəsizliyin təşkili üçün maliyyə ehtiyatlarımız qorunub saxlanılmalıdır”.
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək