06 iyun 2023 18:27
379

Polşa XİN başçısının müavini Elçin Əmirbəyovla görüşüb

Polşa xarici işlər nazirinin müavini Piotr Vavrşik Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovu qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Polşa-Azərbaycan münasibətləri, iqtisadi əməkdaşlıq və Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti müzakirə olunub.