06 iyun 2023 19:00
246

Dünya Bankı Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yeniləyib

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib.

Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0,6% azdır. Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1% az, yəni 2,5%, 2025-ci ildə isə 2,6% artacağını müəyyən edib.