Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Edqars Rinkeviçsi təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir