06 iyun 2023 23:55
453

Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə, Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində GLOBSEC (analitik mərkəz, Bratislava forumunun təşkilatçısı – red.) tərəfindən təşkil olunan dəyirmi masada iştirak edir.

Bu barədə “İki sahil”ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, dəyirmi masada Azərbaycan-Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər və münaqişədən sonrakı vəziyyət gündəmdədir.