07 iyun 2023 00:30
223

Qərb bölgəsinə dolu yağıb

Qərb bölgəsində intensi yağışdan sonra dolu yağıb.

“İki sahil” xəbər verir ki,  gecə saatlarında yağan leysan yağışdan sonra Göygöl, Daşkəsən və Qərb böləgəsinin bir neçə ərazisinə dolu düşüb.

Dolunun törətdiyi fəsadla bağlı məlumat yoxdur.

Həmçinin Gəncəyə də güclü yağış yağıb. Yağan leysan yağış şəhərdə avtomobilərin gediş-gəlişində bir qədər çətinlikər yaradıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.