07 iyun 2023 00:31
324

Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Belarus BMT Baş Assambleyasında 2024-2025-ci illər üçün dünya təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilərkən səsvermə zamanı lazımi sayda səs toplaya bilməyib və bu yer Sloveniyaya nəsib olub.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, Sloveniyaya 153, Belarusa isə 38 ölkə səs verib. Qələbə qazanmaq üçün ölkə Baş Assambleyanın bütün üzvlərinin azı üçdə ikisinin səsini toplamalı idi.

2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmçinin Əlcəzair, Qayana, Syerra Leone və Cənubi Koreya da seçilib. Onların seçimi alternativsiz əsaslarla olub.