08 iyun 2023 02:34
508

Min bir dərdin dərmanı

Bəli, belə bir dərman vardır. Hətta ondan istifadə edib xeyrini görənlər də çoxdur. Məlhəm insan bədəninə güc verir, onu bir sıra xəstəlikdən qorumaqla bədəninə şəfa gətirir. Ondan güzgün istifadə ağır xəstəni belə ayağa qaldırır. Bütün bunlardan əlavə insanı arzulanan görkəmdə kökəldir, onun solmuş bənizinə parlaq nur qatır, hazırki dövrlərdə kişiləri düşündürən cinsi zəifliyi aradan qaldırır, həmçinin əsən əllər, ayaqlar bir müddət keçəndən sonra tam sağalır.

Dərmanın hazırlama qaydası isə belədir: 0,5 kiloqram yerli sarımsağı maşından keçirib, qaynamaqda olan 1,5 kiloqram südün içinə tökürlər. Onu daha 5 dəqiqə qaynadırlar. Alınan qatışığa bir kiloqram kəpəkli un və bir kiloqram duzsuz nehrə yağı əlavə edib yenə də 5 dəqiqə qaynadıb oddan götürürlər. Dərhal ona bir kiloqram təmiz bal əlavə olunaraq yaxşı-yaxşı qarışdırılır. 4 ədəd kokos, eləcə zəncəfil, cirə hərəsindən iki xörək qaşığı, hər birindən xörək qaşıq darçın və hindi, bir çay qaşığı mixək bir yerdə, toz formasında olmaqla alınan qarışığa əlavə edib yenidən qarışdırılır. Bununla da lazımi məlhəm, yəni 1001 dərdin dərmani hazırlanır. İstifadəyə gəldikdə isə ondan hər gün yeməkdən əvvəl 3 dəfə bir xörək qaşığı yeyilir. Hazırlanan məlhəm başa çatana kimi insanın sağlamlığında yaranan bütün problemlər tam yox olur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü