08 iyun 2023 00:46
507

ABŞ-da yadplanetlilərin gəmiləri var?

Vaşinqtonun gizli hərbi proqram çərçivəsində yadplanetli kosmik gəmi əldə keçirdiyi iddia edilir.

“İki sahil” xəbər verir ki, bunu Milli Kosmos-Kəşfiyyat Agentliyi və ABŞ Hərbi Hava Qüvvələrinin veteranı Devid Qraş deyib.

“ABŞ-da yerdən kənar ekzotik mənşəli texniki nəqliyyat vasitələri var. Onlar ya yerə düşüb, ya da qəzaya uğrayıblar. Mənə hökumətin ən yaxşı saxlanılan sirlərindən bəziləri etibar edilib və kosmik gəmilər haqqında məlumatlar onlardan biridir. ABŞ hökuməti onilliklər ərzində yadplanetli kosmik gəmiləri bərpa edir”, - o bildirib.

Qraş əlavə edib ki, milli təhlükəsizlik səbəbi ilə iddialarının sübutunu təqdim edə bilməz.