08 iyun 2023 22:58
548

Köpək balığı turistlərə hücum etdi

Qırmızı dənizdə, Misirin Xurqada şəhərinin sahilində köpək balığı turistlərə hücum edib, onların arasında ölən də var.

“İki sahil” xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

Yırtıcının hücumu nəticəsində ölən şəxsin Rusiya vətəndaşı olduğu deyilir. Bildirilib ki, hadisə “Dream Beach” otelinin yaxınlığında baş verib.