09 iyun 2023 17:30
477

Regekampf ərəb klubuna keçə bilər

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubu tərk edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Rumıniyanın "Playsport" nəşri məlumat yayıb.

Regekampfın Səudiyyə Ərəbistanının iki, Qətərin isə 1 klubundan təklif aldığı bildirilib. Hər 3 klubun iddalı olduğu qeyd edilib. Mənbənin məlumatına görə, hazırda tərəflər arasında danışıqlar davam edir və Regekampf bu təkliflərdən birini dəyərləndirərək "Neftçi"dən ayrılacaq.

Qeyd edək ki, Laurentsiu Regekampf 2022-ci ilin yayından "Neftçi"ni çalışdıran rumıniyalı mütəxəssisin paytaxt klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.