09 iyun 2023 17:33
462

Gökçe Akyıldızın formada qalma sirri

Türkiyəli aktrisa Gökçe Akyıldızın formada qalma sirri ortaya çıxıb.

“İki sahil” xəbər verir ki, aktrisa axşam saatlarında yemək yemədiyini vurğulayıb: "Səhər yeməyini ötürmürəm. Günortadan sonra meyvə, salat və çərəz kimi qidalar yeyirəm. Saat 19:00-dan sonra nəsə yeməməyə diqqət edirəm. Özümü ac buraxaraq təhlükəli pəhrizlərdən uzaq dururam. Düzgün qidalanmağa və aktiv qalmağa xüsusi diqqət göstərirəm".

Qeyd edək ki, Gökçe Mustafa Özyurtlə 3 illik evliliyindən sonra 2020-ci ildə boşanıb. Onun Ömer adlı bir övladı var.