09 iyun 2023 18:52
312

SOCAR Ukraynaya 20 ton yanacaq göndərib

“Dost Azərbaycanın növbəti dəfə dəstəyini görürük”.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan hər zaman Ukraynaya humanitar yardım göndərib. Hazırkı yardımla yanaşı, həmçinin SOCAR 20 ton yanacaq göndərilib ki, bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub”, - diplomat qeyd edib.